Əlaqə Arxiv
news Image
2014.11.27
11:20
| A A A
Kolleclərə qəbul olmaq istəyənlərə müraciət

11 illik bazada kolleclərə (texnikumlara) qəbul olmaq istəyən və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edə bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a daxil olan məlumata görə, bu qayda əvvəlki illərin məzunlarına da şamil olunur. Belə ki, orta məktəbi əvvəlki illərdə bitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər orta ixtisas təhsil müəssisələri üzrə ixtisas seçimində iştirak edə bilərlər.TQDK-nın məlumatına görə, bu haqda daha ətraflı məlumat gələn ilin əvvəlində nəşr olunacaq 1 saylı "Abituriyent" jurnalında təqdim olunacaq. 

Sizin Reklam Yeriniz