Əlaqə Arxiv
news Image
2014.11.27
14:00
| A A A
Qar yağacaq
Noyabrın 28-i ölkədə yağıntılı hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək. Noyabrın 28-i Bakıda və Abşeron yarımadasında temepratur gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Rayonlarda da noyabrın 28-i fasilələrlə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcəyi gözlənilir. Duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək. Temperatur aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.


Sizin Reklam Yeriniz