Əlaqə Arxiv
news Image
2014.11.27
15:02
| A A A
Sərxoş polis qəza törətdi
Lənkəranda dövlət yol polisi əməkdaşı qəza törədib.Movqe az  Axar.az-a istinadən xəbər verir ki, Lənkəran yol polisinin Hüseynov Tural Abdulhüseyn oğlu adlı əməkdaşı rayon ərazisində özünə məxsus "Mersedes" markalı avtomobilini ağaca çırpıb. Onun qəza zamanı içkili vəziyyətdə olduğu iddia edilir.Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə alan polis əməkdaşının vəziyyəti stabildir.Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Axar.az-a faktı təsdiqləyərək bildirdi ki, hadisə iki gün öncə baş verib: "Xəstəxanaya Hüseynov Tural Abdulhüseyn oğlu adlı polis işçisi gətirilib. Şilavar kənd sakinidir. Sol körpücük sümüyünün yer dəyişməyən qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb".Qeyd edək ki, sərxoş olduğu iddia edilən yol polisinin bu qəzasının idarə tərəfindən ciddi narazılıqla qarşılandığı bildirilir. T.Hüseynovun polis sıralarından xaric ediləcəyi gözlənilir. 
Sizin Reklam Yeriniz