Əlaqə Arxiv
news Image
2014.11.27
16:34
| A A A
Rusiyada qətl törətməkdə ittiham olunan Azərbaycan vətəndaşlarının məhkəməsi keçiriləcək
Rusiyanın Voronej şəhərinin prokurorluğu "Praqa" kafesi yaxınlığında baş vermiş dava və qətl ilə bağlı cinayət işinin materiallarını məhkəməyə təqdim edib.Movqe az  APA-ya istinadən xəbər  verir ki , həmin cinayət işi üzrə iki nəfər Azərbaycan vətəndaşı adam öldürməkdə ittiham olunurlar.İstintaq zamanı müəyyən edilib ki, ötən ilin dekabr ayında "Praqa" kafesinin qarşısında dava baş verib. Dava iştirakçılarından biri kafedə olan əcnəbilərin qarşı tərəfin tanışları olduğunu düşünüb və bu üzdən münaqişə böyüyüb. Əlbəyaxa zamanı Azərbaycan vətəndaşı Rəşad İsmayılov cibindən çıxardığı bıçaqla dava iştirakçılarından birini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Azər Nəcəfov isə digərini bıcaqla vursa da, kişi yerə yıxılıb və özünü ölülüyə vurub. Müstəntiqlərin fikrincə, məhz buna görə də bu şəxs sağ qalıb.R. İsmayılovu 20 il, A. Nəcəfovu isə 6-15 il həbs cəzası gözləyir.
Sizin Reklam Yeriniz