Əlaqə Arxiv
news Image
2014.11.27
11:54
| A A A
Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun müəllif konserti keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28 noyabr, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ xalq artisti, professor Arif Məlikovun müəllif konsertinin keçirilməsi planlaşdırılır. Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycan Respublikasının əməkdar artisti Adilə Əliyeva çıxış edəcək. Proqramda Arif Məlikovun ikinci və altıncı simfoniyası, "Metamorfozlar" simfonik poeması, fortepiano və orkestr üçün konsert səslənəcək. Bəstəkarlıqla yanaşı Arif Məlikov çox gözəl rəssamdır...

"MÖVQE" bildirir ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məhşur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir. Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir. Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirmklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir. Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

Mükafatları:

* 1965 -ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb.

* 1971 -ci ildə "Şərəf Nişanı" Ordeni ilə təltif olunub.

* 1978 -ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 1979-cu il – professor adına layiq görülmüşdür.

* 1982 -ci ildən – Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir.

* 1986 -cı ildən Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı

* 1986 -cı ildə SSRİ xalq artisti adına layiq görülüb.

* 1998 -ci ildə "İstiqlal" ordeni ilə təltif olunub.

* 2001 -ci ildən Azərbaycan Milli Elmlər Akademiyasın ın müxbir üzvüdir.

* Xəzər universitetinin fəxri doktorudur (2012).

* 13.09.2013 — "Heydər Əliyev" ordeni .


Musiqi Əsərləri:

+ Baletlər - heç biri Azərbaycan səhnəsində qoyulmayıb

* " Məhəbbət əfsanəsi " (1961)

* " Ölümdən güclü (balet) " (1966)

* " Yer üzündə iki nəfər (balet) " (1969)

* " Əlibaba və qırx quldur (balet, A. Məlikov) " (1973)

* " İki ürək dastanı (balet) " (1981)

* " Yusif və Züleyxa " (1999)

+ Simfonik əsərlər

* "Simfonik nağıl"

* Səkkiz simfoniya (1958-2000) - BSO üçün

* simfonik poemalar: "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" - BSO üçün

* 7 saylı Simfoniya (1995) - Xalq Çalğı alətləri Orkestri üçün əsərlər

* "Azərbaycan" balladası (1995) - Çingiz İldırım ın söz. səs və simfonik orkestr üçün


Kamera instrumental əsərlər (prelüdlər, süitalar)

Nazim Hikmətin sözlərinə 2 vokal silsilə;


Operatta- "Dalğalar" (1967)

Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).


Aşağıdakı filmlərə musiqi bəst ələyib:

* Sehrli xalat (film, 1964)

* İyirmialtılar (film, 1966)

* Məhəbbət əfsanəsi (film, 1969)

* Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-bəstəkar, dirijor

* Ulduzlar sönmür (film, 1971)

* Rüstəm və Söhrab (film, 1971)

* Ürək məsələləri (film, 1971)

* Qərib cinlər diyarında (film, 1977)

* Qız Qalası əfsanəsi (film, 1978)

* İşarəni dənizdən gözləyin (film, 1986)

* Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)

* Doğma sahillər (film, 1989)

* Gecə qatarında qətl (film, 1990)

* Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)

* Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995)

* Kamil (film, 1997)

* Tənha ruh (film, 1998)

* Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)

* Tanrıya tapınan Kiş (film, 2001)

* Hacı Qara (film, 2002)

* Maestro (film, 2002)

* Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)

* Müstəqillik yollarında. Üçüncü film (film, 2004)

* Nəfəs alətləri (film, 2004)

* Oqtay Ağayev. Ötən günlər (film, 2004)

* Mücadilə. Birinci hissə. İstiqlalın beşiyi (film, 2006)

* Rəssam ömrünün palitrası (film, 2006)

* Dağlı çörəyi (film, 2007)

* Hədiyyələr, həyəcanlar... (film, 2007)

* Maestro Niyazi (film, 2007 )

Sizin Reklam Yeriniz