Əlaqə Arxiv
news Image
2014.11.27
14:56
| A A A
Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, xalq rəssamı Səttar Bəhlulzadənin 105 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Dekabrın 5-də, saat 14.00-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, xalq rəssamı Səttar Bəhlulzadənin 105 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.Tədbir S.Bəhlulzadə adına Mədəniyyət Sarayında təşkil olunacaq.Bildiririk ki, Bəhlulzadə Səttar Bəhlul oğlu — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi ( 1960 ), Azərbaycan xalq rəssamı ( 1963 ), Azərbaycan Dövlət mükafatı laureatı ( 1972 ).Səttar Bəhlulzadə 15 dekabr 1909 -cu ildə Bakının Əmircan kəndind ə anadan olub. 1927 -ci ildə rəssamlıq məktəbinə, 1931 -ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933 -cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941 -ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetind ə Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931 - 1933 -cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.Bəhlulzadə 14 oktyabr 1974 -cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.Qeyd edək ki, Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı,"Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur. Qeyd edək ki, Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946 - 1947 -ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri ("Buzovna neft mədənləri", "Əmircan" və s.) nümayiş etdirilmişdir.Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Sizin Reklam Yeriniz