Əlaqə Arxiv
news Image
2014.11.27
19:12
| A A A
Bakıda möhtəşəm işıq şousu

Bakı-2015 ilk Avropa Oyunlarının başlamasına 200 gün qalmasını qeyd etmək məqsədilə Bakıda işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edilib.

Noyabrın 26-sı saat 20.00-dan etibarən Bakı 2015-in təsviri, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx əfsanəvi Qız Qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunub.

Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.

Bakı-2015 Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: "İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik".

İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında Bakı-2015-in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.

Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.


Sizin Reklam Yeriniz