Əlaqə Arxiv
news Image
2014.11.27
22:42
| A A A
62 yaşlı məşhur aktyor gənc boksçulara meydan oxuyur - FOTO
Məşhur aktyor, amerikalı Mikki Rurk peşəkar boks rinqində 29 yaşlı Elliot Seymurla qarşılaşmaq niyyətindədir. 

62 yaşlı Hollivud əfsanəsi dünən Rusiyanın paytaxtı Moskvada dünya çempionu, rusiyalı Ruslan Provodnikovla açıq məşq keçirib.
 

Milli.Az CBS-ə istinadən bildirir ki, R.Provodnikov sabah Moskvadakı "Lujniki" arenasında meksikalı Xose Luis Kastilyo ilə, Mikki Rurk isə amerikalı Elliot Seymurla döyüşəcək.
 

"Sibir Rokkisi" kimi tanınan Ruslan Provodnikov rəqibini nokauta salaraq qalib gələcəyinə şübhə etmir.

Mikki Rurk isə rinqdə ehtiyatlı davranacağını bildirib.
 

R.Provodnikovun fanatı olduğunu deyən Mikki Rurk boksçunun məşqinə və sparrinqinə tamaşa edəndən sonra özü rinqə çıxıb.

62 yaşı olmasına rəğmən, Mikki Rurk əla vəziyyətdə idi.
 

"Bizim stillərimiz fərqlidir. Yeniyetməlik illərimdə Floridada Məhəmməd Əli, Ellislə məşq edərdim. O zamanlar yana hərəkət etmək stili dəbdə idi. Bir qədər sola çəkilir, sonra əks hücuma keçirdim. İndi də sonadək mübarizə apara bilərəm. Amma mənim yaşımda aqressiv olmaq məsləhət deyil. Ağıllı döyüşmək, müdafiədən istifadə etmək gərəkdir", - Mikki Rurk söyləyib.
 

Aktyorun dediyinə görə, rəqibini üstələyərsə, qələbəsini çixuaxua cinsindən olan köpəyinə, 3 gün əvvəl xərçəng xəstəliyindən ölmüş Quapoya həsr edəcək.
 

Mikki Rurkun məşqlərinə tanınmış məşqçi Freddi Rouç rəhbərlik edir. Yardımçı məşqçi isə Mervin Samadiodur.

F.Rouç bir zamanlar Oskar De La Hoyya və Menni Pakyaonun məşqçisi olub.
 

Mikki Rurk 2008-ci ildə "Restler" filmindəki baş roluna görə "Qızıl Qlobus" mükafatını almışdı.
 

Sizin Reklam Yeriniz