Lənkəranda 3 qadın "narkoman" saxlanılıb
Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz
dövriyyəsilə bağlı keçirdiyi əməliyyat zamanı şəhər ərazisində
fəaliyyət göstərən tiryəkxana aşkarlanıb. Bu, qısa müddət ərzində
rayon əraziisndə aşkarlanan 3-cü belə tiryəkxanadır. Saxlanılanlar
arasında çox təəssüf ki,qadınlar da var.Movqe.az-ın məlumatına
görə, Lənkəranda tiryəkxana işlədən və narkotik məhsulların
alışı-satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emil
İbrahimov saxlanılıb. Keçirilən əməliyyat tədbiri zamanı onun
üzərindən 0,7 qram heroin, eyni miqdarda psixatrop maddə və
elektron tərəzi aşkar edilərək götürülüb. Emil İbrahimov əvvəllər
iki dəfə məhkum olunaraq 7 il azadlıqdan məhrum edilib. Onun kirayə
qaldığı və tiryəkxana kimi işlətdiyi ev isə əvvəllər 5 dəfə məhkum
olunmuş 49 yaşlı Fəzili Fətullayevə məxsusdur. Əməliyyat zamanı bu
evdə narkotik maddə istifadəçiləri olan 5 nəfər yaxalanıb ki,
onlardan 3-ü qadındır.Müstəntiq Toğrul Hüseynovun sözlərinə görə,
baxış zamanı Fəzli Fətullayevin üzərindən bir bükümdə 0,325 q
heroin, Aybəniz Kərimovanın üzərindən bir bükümdə 0,11 q psixatrop
maddə olan metalfetamin. Günel Vəliyevanın üzərindən iki bükümdə
0,3 q narkotik vasitə olan heroin, Sevinc Dadaşovanın üzərindən
dörd bükümdə 0,6 q heroin aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Emil İbrahimov və Fəzili Fətullayevlə birgə bu evi uzun müddətdir ki, tiryəkxana kimi işlədib və saxlanılan şəxslər də mənzilə məhz narkotik vasitələrdən istifadə üçün gəliblər.
Faktla bağlı şəhər polis şöbəsinin istintaq bölməsində başlanan araşdırmalar davam etdirilir.