Əlaqə Arxiv
news Image
2014.11.28
13:10
| A A A
6 rayonda qaz olmayacaq
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar 17:00-dək Masallı, Kürdəmir və Nərimanov rayonlarının bir hissəsinə, saat 18:00-dək isə Xaçmaz rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması "Azəristiliktəchizat" ASC-yə məxsus 269, 271, 274 və 383 saylı qazanxanalara çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədi ilə əlaqədardır.
Sizin Reklam Yeriniz