Əlaqə Arxiv
news Image
2014.11.28
14:31
| A A A
Yollarda yeni tablolar
Respublikanın magistral yollarında elektron tablolar quraşdırılır.

ANS TV-nin məlumatına görə, paytaxtın bir çox yollarında quraşdırılan elektron tablolara bundan sonra rayon yollarında da rast gələcəyik. Artıq bir sıra magistrallarda belə məlumat lövhələrinin quraşdırılmasına başlanılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev qeyd edir ki, Bakı- Quba- Rusiya sərhəddi yolunda, Bakı – Qazax- Gürcüstan sərhəddi yollarında, Bakı – Şamaxı- Yevlax avtomobil yollarında belə lövhələr qurlaşdırılıb. Onun sözlərinə görə, Yevlax- Şəki- Zaqatala, Muğanlı- İsmayıllı və digər avtomobil yollarında da bu informasiya tablolarının təməli qoyulub. Bu tabloların ilin sonuna qədər təhvil veriləcəyi gözlənilir. 
Sizin Reklam Yeriniz