Əlaqə Arxiv
news Image
2014.11.28
14:56
| A A A
Ermənilər qondarma respublika üçün 13 milyon $ topladı – İanə
ABŞ-da "Hayastan" Ümumerməni Fondu tərəfindən keçirilən 17-ci telemarafonda 12 399 550 dollar ianə yığılıb.Movqe az  AzNews.az-a istinadən  xəbər verir ki, bu miqdara vəd edilən ianələr də daxil edilib."Telemarafon-2014"də toplanan pullar Basarkeçər-Ağdərə avtomobil yolunun təmirinin başa çatdırılmasına sərf olunacaq.Bu yol Ermənistanla qondarma "Dağlıq Qarabağ Respublikası"nı birləşdirən yoldur.Noyabr ayının 19-dan 23-nədək Fransada keçirilən "Hayastan" fondunun 15-ci Ümumavropa "Foneton"unda isə 1,37 milyon avro toplanıb.Qeyd edək ki, bu yolla ermənilərin istər Avropada, istərsə də ABŞ-da "dilənməsi" ilk hal deyil. Belə telemarafonlarda toplanan pullarla Azərbaycanın qədim torpağı olan Qarabağın yolları inşa edilır və yenidən qurulur.Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da bir vaxtlar yaşadıqları rayonlarda yaxşı evlər tikib və bağ salıb. Hazırda isə onun bəhrəsini ermənilər görür.İnanırıq ki, Qarabağda inşa edilən yollar da azərbaycanlıların və Qarabağ ermənilərinin birgə istifadə edəcəyi yol olacaq.
Sizin Reklam Yeriniz