Əlaqə Arxiv
news Image
2014.11.28
15:05
| A A A
Azərbaycan ərazisində qışın hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində 2014-2015-ci lin qış fəsli üçün gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mövsüm proqnozları çoxillik iqlim göstəriciləri və çoxsaylı meteoroloji müşahidə məlumatlarının dinamik və riyazi modellərlə kompleks analizi əsasında hazırlanır. Bu proqnozların tərtibi Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 İqlim Mərkəzində həyata keçirilir. Bu İqlim mərkəzləri Asiya və Sakit Okean İqtisadi Birlyi Ölkələrinin İqlim Mərkəzi (APCC-Koreya), Avropa İqlim Mərkəzi (ECMWF), ABŞ-ın İqlim və Cəmiyyətin Problemləri üzrə Beynəlxalq Elmi Araşdırma İnstitutu (İRİ), METEO-France və multi-model sistemi ilə uzunmüddətli proqnizların tərtibi ilə məşqul olan ÜMT-nın (WMO) aparıcı mərkəzidir. Mövsüm proqnozları bu mərkəzlərdə fərqli rəqəmli hidrodinamik modellər vasitəsilə işlənildikdən sonra ÜMT-nin (WMO) dəstəyi ilə təşkil olunmuş forumlarda expertlər tərəfindən analiz olunur və istifadəçi ölkələr arasında yayımlanır.

 

Azərbaycan da digər ölkələr kimi 2008-ci ildən etibarən mütamadi olaraq ÜMT-nın dəstəyi ilə keçirilən Cənub Şərqi Avropa Ölkələrinin İqlim Forumuna qatılır və ötən fəslin mövsüm proqnozunun özünüdoğrultmasına dair məruzə edir. Belə forumların keçirilməsi fəsillik proqnozların etibarlılığının artırtılmasına xidmət göstərir. Növbəti forum 2014-cü il noyabr ayının 17-22-də Türkiyədə keçirilib ki, burada qış fəsli üçün mövsüm proqnozlarının nəticələri təhlil olunduqdan sonra qış fəslində temperatur və yağıntıların gözlənilən ümumi tendensiyası barədə məlumat verilib.

 

Beləliklə, bütün rəqəmli iqlim modellərinin nəticələrinə və təhlilinə görə İqlim Forumunda expertlərin rəyi ilə ümimilikdə Cənubi Qafqaz regionu üçün qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturların iqlim norması daxilində və normadan bir qədər yüksək olacağı qənaətinə gəlinib. Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyələrinə görə adətən yanvar və fevral aylarında bölgəmiz daha tez- tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

 

Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi dövrlərdə normadan aşağı düşəcəyi ehtimal olunur. Dekabr ayına gəlincə, bu ayda hava şəraitinin adətən nisbətən mülayim keçməsi ilə xarakterizə olunmasına baxmayaraq, soyuq hava kütlələrinin təsirinə daha tez tez məruz qalacaq. Buna görə də dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı, yağıntının iqlim normasına yaxın, bəzi rayonlarda iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz