Əlaqə Arxiv
news Image
2014.11.28
15:34
| A A A
Bakıda 100-dən artıq mənzili qarət etmiş dəstənin üzvləri tutulub

"APA Holdinq"in əməkdaşının evi qarət etməkdə şübhəli bilinərək tutulan şəxslərin adları açıqlanıb. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin əməkdaşları paytaxtda 100-ə yaxın evdən oğurluqlar etmiş mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainov saxlanılıblar.

 

Dəstə üzvlərinin ətrafında aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, onlar son bir neçə ayda paytaxtın Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən çoxsaylı oğurluqlar ediblər. Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil olublar, daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda Paata Mkurnalidze xüsusi alətlərin köpməyi ilə qapıları açıb.
 

 

Dəstə üzvləri evlərə daxil olaraq içəridən külli miqdarda pul, qızıl zinət əşyaları və digər bahalı malları talayıblar. Evdən çıxdıqda isə Paata Mkurnalidze mümkün qədər qapıların kilidlərini bağlamağa çalışıb. Oğurluq qızıllar elə həmin gün Gürcüstan Respublikasına aparılıb. Qızılların daha qiymətli hissəsi satılması üçün Rusiaya Federasiyasına göndərilib. Qalanları isə Tiflisdə pula çevrilib. Paata Mkurnalidze satışdan əldə etdiyi pullardan Quram Zeynalov və Aleksandr Xusainova da göndərib.
 

 

İstintaqla daha sonra müəyyən edilib ki, dəstə üzvü Quram Zeynalov təkbaşına da oğurluq cinayətləri törədib. O, Paata Mkurnalidzedən öyrəndiyi üsullarla evlərin qapısını açıb və külli miqdarda pul, qızıl oğurlayıb. Əldə etdiyi qızılların bir hissəsini Bakıda, qalan hissəsini isə Rusiyada satıb. Faktlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Saxlanılan şəxslərin ehtimal olunan digər cinayətləri araşdırılır.

Sizin Reklam Yeriniz