Millət vəkili məscidlərə kamera quraşdırılmasını təklif edib
"Bu gün beynəlxalq aləmdə olan qarşıdurmaları Azərbaycana keçirmək
istəyirlər".Movqe az APA-ya istinadən xəbər verir ki, bunu
Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili
Zahid Oruc deyib. "Sumqayıtda bir məscidin divarına "burada Allah
yoxdur deyə" yazırlar. Digər tərəfdən, Qaraçuxurda məscid
yandırılır. Bu mənə Soçi olimpiadasından öncə baş verən müxtəlif
hərəkəltənmələri xatırladır. Bu gün beynəlxalq aləmdə olan
qarşıdurmaları Azərbaycana keçirmək istəyirlər", - deyə Z. Oruc
qeyd edib.Millət vəkili Fazil Mustafa isə məscidlərlə kameraların
quraşdırılmasını vacib sayıb.O bildirib ki, son vaxtlar
Azərbaycanda multikulturalizm, dini maarifçilik istiqamətində xeyli
iş görülüb: "Amma bu gün ölkəmizdə çox qəribə hadisələr baş verir.
Ola bilsin ki, hansısa dini icmanın təmsilçiləri bir-biri ilə yola
getməyib, bir-birini qəbul etməyiblər, amma Azərbaycanda məscidi
yandırmaq kimi hadisələr olmayıb. SSRİ dövründə də belə şey baş
verməyib. Hətta dindar olmayan insanın belə yanğın törətmək
məqsədilə məscidə nəsə atması qəbul edilən hal deyil. Qaraçuxur
məscidində baş verən hadisə nəyi göstərir? Görünür, Azərbaycanla
bağlı kimlərsə planlar hazırlayır. Gərək elə addımlar ataq ki,
onların ölkədə qarşıdurma yaratmaq niyyətləri baş tutmasın. Biz
təxribatlara qarşı addımlar atmalıyıq. Məscidlərdə kameralar
quraşdırılsın, kamera yoxdursa, polis postları qoyulsun. Çünki
kütlənin toplaşdığı yerlərdə belə hadisələrə yol vermək olmaz,
yoxsa bu, qarşısı alınmaz hallara gətirib çıxara bilər. Bu məsələyə
diqqət ayırmaq lazımdır".Millət vəkili Avropa Parlamentinin sədri
Martin Şultsun bu qurumun noyabrın 26-da Strasburqda keçirilmiş
plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə də
münasibət bildirib: "Avropa Parlamentinin Azərbaycanla bağlı bəzi
məsələlərdə səsləndirdiyi fikirlərdə obyektivlik məhduddur. Biz
helikopter məsələsində də bunun şahidi olduq. Onlar Azərbaycan
ərazisində erməni helikopterinin vurulmasına bu cür münasibət
bildirdilər, hadisəni bu qədər şişirtdilər".