Əlaqə Arxiv
news Image
2014.11.28
15:47
| A A A
Azərbaycanlı girovların yaxınlarını BMT nümayəndəsi qəbul etmədi

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Musayev Sahib və Quliyev İlham bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olublar, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciə ediblər.Movqe az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatından Modern.az-a bildirilib ki, onların məqsədi BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlamlıq durumu  və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaqdan ibarətdir."Təəssüf ki, nümayəndəlikdən heç kəs onlarla görüşmək istəməyib, başqa ünvanlara müraciət etmələrini məsləhət görüblər. Girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibəinin insanlığa sığmadığını, qeyri-insani bir hərəkət olduğunu bildirib, həmçinin bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb". 

Sizin Reklam Yeriniz