Əlaqə Arxiv
news Image
2014.11.28
15:53
| A A A
Oqtay Əsədov: “Avropalılara bel bağlamaq olmaz”
"Beynəlxalq təşkilatlar və onların rəhbərliyinin açıqlamalarından belə aydın olur ki, onların Azərbaycanda tərəfdaşı qalmayıb. Məgər həbsdə olan 3-5 nəfərlə tərəfdaş olar?!" Movqe az  Modern.az saytına istinadən xəbər verir ki,  bunu Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova deyib.O,  bildirib ki, Azərbaycan Avropa Birliyini və onun müvafiq qurumlarını özünə tərəfdaş hesab edir: "Ən böyük cinayət dövlətə xəyanət və onun maraqlarını satmaqdır. Kimsə hesab edirsə ki, alqı-satqı zamanı dövləti satırsa və bununla özünə yeni bir həyat qurmaq istəyirsə, biz buna imkan verməyəcəyik. Biz Martin Şultsla yox, beynəlxalq təşkilatlarla təmaslar yaradırıq. Biz ölkə daxilində və kənarda mövqeyimizi möhkəmləndirməliyik. Biz heç kimə təzyiq etmirik, hər şey qanun çərçivəsindədir".Spiker Oqtay Əsədov da bildirib ki, bəzi beynəlxalq təşkilatların mötəbərliliyi yoxdur: "Artıq onlarda heç bir mötəbərlilik qalmayıb. Mən beynəlxalq təşkilatların rəhbərləri ilə təkbətək görüşürəm. Onlar ikili, təkbətək görüşdə başqa cür olurlar, sonradan fikirlərini dəyişirlər. Onlara bel bağlamaq olmaz. Ölkə başçısının da siyasəti də bundan ibarətdir ki, dövlətlərlə qarşılıqlı əlaqələr inkişaf etdirilsin".
Sizin Reklam Yeriniz