Əlaqə Arxiv
news Image
2014.11.28
16:25
| A A A
Putin: “Rusiya ilə sanksiya və ultimatum dilində danışmaq olmaz”
Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərbin tətbiq etdiyi sanksiyalar legitim deyil və bu cür təzyiq beynəlxalq sabitliyə təhlükə yaradır. "Bundan başqa, bu cür tədbirlər iqtisadi itkilərə də səbəb olur".Movqe az Modern.az-a  istinadən xəbər verir ki, Putin bunu "Anadolu" agentliyinə müsahibəsində deyib. Onun fikrincə, Rusiya ilə ultimatum və sanksiya dilində danışmaq qəbuledilməz və perspektivsizdir: "Buna bizim cavabımız həmişə olub".  Rusiya prezidenti bu məsələlərdə Türkiyə hakimiyyətinin davranışını yüksək qiymətləndirərək müstəqil qərarlar qəbul edildiyini vurğulayıb: "Türkiyəli tərəfdaşlarımız öz maraqlarını kimlərinsə siyasi ambisiyalarına görə qurban vermirlər. Hesab edirəm ki, bu real düşünülmüş və uzaqgörən hesablamadır". 
Sizin Reklam Yeriniz