Türkiyələ alimlər dəhşətli zəlzələ
proqnozları ilə gündəmə gəliblər.
İstanbul Texniki Universitetinin professoru,
tanınmış alim, geofizik Ahmet Ercan bildirib ki, qarşıdan Türkiyədə
və qonşu ölkələrdə çox güclü yeraltı təkanlar ola bilər. Alim
bildirib ki, bu il ölkə ərazisində 229 yeraltı təkan qeydə alınıb.
Həmin təkanların gücü 4 bal arasında dəyişib.
Əsasən Muğla, Marmaris, Bodrum, Fethiye ve Rodos
ərazilərindəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Egle
bölgəsindən Yunanıstan sərhəddinə qədər olan ərazilərdə də yeraltı
təkanların aktivləşməsi müşahidə olunur. Bundan başqa, yeraltı
təkanların Ankara üçün də təhlükə yaratdığı
vurğulayıb.
Bu səbəbdən də, alim lazımı orqanlara məlumat
verib ki, ölkə ərazisindəki tikililərin möhkəmliyi yenidən
yoxlanılmalıdır. Türkiyə aktiv zəlzələ zolağında yerləşir. Həmin
ocaqlarda böyük gərginliklər müşahidə olunur. Bu səbəbdən də, çox
yaxın gələcəkdə böyük yeraltı təkanların olacağı istisna
edilmir.
Alim həmçinin yaxın ölkələrdə də, aktiv zəlzələ
zonalarında gərginlik müşahidə olunduğunu bildirib. Lakin alim
beynəlxalq narazılıq yaranmasın deyə, konkret ölkələrin adlarını
qeyd etməyib.
anspress