Əlaqə Arxiv
news Image
2014.11.30
10:16
| A A A
iPhone 5c-in istehsalı dayandırılacaq
Apple şirkəti 2015-ci ildə iPhone 4S ilə yanaşı, iPhone 5c-nin istehsalını da dayandıracağını elan edib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, xəbər xidmətinin məlumatına əsasən, beləliklə, Apple öz assortimentində yalnız barmaq izləri sensoru olan smarfonlarını saxlayacaq.

iPhone 5c 2013-cü ilin sentyabr ayında, aşağı qiymətli iPhone 5S smartfonu ilə birgə təqdim edilib. Hazırda iPhone 5c smarfonunun qiyməti 417.9 dollar - yəni iPhone 5S-nin baza modelindən 210 dolar daha ucuz.

Qurğu Apple şirkətinin ucuz smartfon bazarına ilk cəhdi idi. Lakin onun qiyməti hələ də Asiyada istehsal edilən analoqlardan daha bahadır.

Məhz buna görə də telefon iPhone 5S-dən fərqli olaraq böyük populyarlıq əldə edə bilməyib və Apple şirkəti bu modelin istehsalını məhdudlaşdırıb.

Sizin Reklam Yeriniz