Əlaqə Arxiv
news Image
2012.07.24
16:23
| A A A
Oscar mükafatlı ssenari yazıçısı Pierson dünyasını dəyişdi
Movqe.Az bildririr ki, Piersonun ailəsi tərəfindən verilən məlumata görə, məşhur ssenari yazıçısının keçirdiyi qısa bir xəstəlikdən sonra Los Anceles şəhərində 87 yaşında dünyasını dəyişib.

Baş rollarını Al Paçino, Cohn Qazale və Salli Boyarın paylaşdığı "Dog Day Afternoon" (İtlərin Günü) adlı filmin ssenarisini yazan Pierson bu işiylə 1975-ci ildə ən yaxşı ssenari yazıçısı kimi Oscar mükafatına layiq görülüb.

Pierson bundan əlavə, 1965-ci il istehsalı  olan "Cat Ballou" və ssenarisini Don Pirrs ilə yazdığı 1967-ci il istehsalı "Cool Hand Luke" (Barmaqlıqlar Arxasında) filmiylə iki dəfə ən yaxşı ssenari yazıçılığı naminasiyasında Oscar mükafatına namizəd olub.

Oscar mükafatlarını verən "Academy of Motion Picture and Sciences" ın (Kino Sənətləri və Elmləri Akademiyası) 2001-2005-ci  illər arasında başçılıq vəzifəsində olan Pierson, bundan əlavə, 17 il ərzində eyni təşkilatın yazıçılar şöbəsini də idarə edib.


Sizin Reklam Yeriniz