Əlaqə Arxiv
news Image
2012.04.11
14:06
| A A A
Üç rayonun icra başçısı dəyişdirildi

Prezident İlham Əliyev bir neçə rayonun icra başçısının dəyişdirilməsi barədə sərəncam imzalayıb. Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov tutduğu vəzifədən azad olunub. Onun yerinə Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı İrşad Əliyev gətirilib. Ölkə başçısı Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun da iş yerini dəyişdirib. X.Aslanov Xızı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. Xızı rayonunun icra başçısı Vaqif Abdullayev də vəzifəsindən kənarlaşdırılıb. Keçmiş deputat Sevindik Hətəmov isə Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Sizin Reklam Yeriniz