Əlaqə Arxiv
news Image
2014.12.19
11:07
| A A A
Yada düşər xatirələr
Masallının el aşığı Atabala Zahidov:


"Musiqi mələklərin səsidir"


...Vəfatından bir neçə il əvvəl tanınmış el aşığı Atabala Zahidovla Masallının mərkəzində görüşdük, hal-əhval tutduq. Görünmədiyini soruşdum. Dedi ki, qardaş oğlu, axır vaxtlar tez-tez xəstələnirəm. Elə evdə oluram. Görüşüb ətraflı söhbət(ləşmək) aparmaq üçün vədələşdik. Qəzet üçün məqalə hazırlamağımı (hazırlamaq istəyimi) bildirdim. Dedi ki, musiqi mələklərin səsidir. Xalqın eilin illərdən üzü bəri gələn, saxlanan (qorunan) varıdır, sərvətidir. Musiqi xalqın səsidir. Aşıq, saz musiqisi lap qədimdir. Sölədim ki, aşıq sizin sənətiniz də tarixə çevrilib. Mənim uşaq yaddaşımda sizin saz götürüb toylarda çalıb-öxumağınız gözlərim önündədir. Heç kimə bənzəməyən dumanlı səsiniz var. Aşıq mahnıların yüksək ifa etmək bacarığınız da sözsüzdür. Nağılları, dastanları söyləmək səriştəniz də (bənzərsizdir) oxşarsızdır. Bir də mənim yadımda qalan qara rəngli, uzunqıç çəkməniz, xüsusi geyiminiz sizə xüsusi şux(luq) verirdi. Aşıq Atabala danışıqıma (dediklərimə) diqqətlə qulaq asırdı, elə bil onun haqqında danışdıqlarım başqasına aid idi...

Bəli, Atabala ölkəmizin tanınmış aşığı, tanınmış söz sahibi idi. O, milli muğamlarımızı da məharətlə ifa edirdi. Üstəlik tar, qaval çalmağı da bacarırdı. Yaşadığı dövrdə Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan rayonlarından dəvətlər alar, toy məclisləri aparardı. Əlbəttə, onun xüsusi aşıqlıq istedadı olmasaydı aşıq Pünhan, aşıq Qurbanxan, aşıq Yadulla kimi məşhurların doğma yerlərində "at oynatmaq" asan məsələ deyildi (at oynada bilməzdi). Əslən Öncəqala kəndində 1929-cu ildə doğulan A.Zahidovdan fəhmən şeir qoşmaq, dastan danışmaq, nağıl demək, rəvayətlər söyləmək tələb olunurdu və bu aşıqda vardı.(və aşıq hər dəfə bunun öhdəsindən layiqincə gəlirdi). Həm də aşıq Atabalada(nın) başqa həmkarlarından fərqli sazla rəqs edən zaman meydanda fırlanması, sazı atıb-tutaraq barmaqları üstə rəqs etməsi idi. Bu mənzərəni seyr etmək adama qəribə hisslər bəxş edərdi. Sonra "Süzən gözlər"ini oxuyardı.

Mən hər səhərçağı səni görəndə,

Qəlbimə od salır süzən gözlərin.

Söylə niyə durub axı qəsdimə,

Oxunu sinəmə düzən gözlərin.

Dəlir ürəyimi, yarır canımı,

Yandırır könlümdə xanimanımı.

Kaman qaş altından alır canımı,

Eşqimdə, qəlbimdə gəzən gözlərin.

Gözləyir yolumu mən gələn zaman,

Mahir ovçu kimi tez alır nişan.

Oxlayır gözümdən verməyir aman,

Eşqin dəryasında üzən gözlərin.

Hər dəfə rastlaşıb baxanda mənə,

Qıvrılır gözləri, süzülür yenə.

Saz tutub, söz qoşur aşiqin sənə,

Barışsın mənimlə küsən gözlərin.

Biz də kənardan durub baxardıq, ürəyimiz yanardı. Axı ürəyimizdə ilk sevgi yuvası təzə qurulurdu, biz sevgi nəğmələrinin qəhrəmanları idik. Vaxt keçdi, amma (ilk sevginin qurduğu əbədi yuva) əbədi sevginin qurduğu və aşıq Atabalanın "Süzən gözlərin" ürəyimizdə əbədi qaldı.

Məşhur aşıqla müsahibəmiz baş tutmadı və 2012-ci ildə (o, dünyasını dəyişdi)

vəfat etdi.

Amma məlumum oldu ki, A. Zahidov 1963-cü ildə Masallı rayon pionerlər evində dərnək rəhbəri, 1969-cu ildə Xıl kənd mədəniyyət evinin bədii rəhbəri (olmuşdur) təyin edilmişdir.

1966-cı ildə isə Beynəlmiləl Kalinovka kənd Fəhlə-Gənclər orta məktəbini, daha sonra Lənkəran Sovxoz texnikumunu bitirmişdir.

Aşıq Atabala Zahidov 1957-1987-ci illər Ümumittifaq xalq yaradıcılığı festivalının qalibi olmuş, Azərbaycan Aşıqlar Cəmiyyətinin (Birliyinin) III və IV qurultayına nümayəndə seçilmiş, Azərbaycan KP XXXI qurultayının və Azərbaycan Həmkarlar İttifaqları qurultayının (1987) nümayəndələri qarşısında, 1987-ci ildə Moskvada keçirilən Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyi konsertində, 1988-ci ildə Macarıstanda SSRİ mədəniyyəti günlərində xüsusi proqramla çıxış etmişdir.

Onu da qeyd edək ki, A.Zahidov rayonda ilk ailə ansanbılı təşkil edərək, 1972-1987-ci illərdə respublika baxış müsabiqəsinin qalibi olmuşdur. Dəfələrlə diplom, Fəxri fərman, pul mükavatlarına layiq (görülmüşdür) bilinmişdir.

Aşıq Atabala Zahidov 83 il ömür sürmüş, doğulduğu Öncəqalada gözlərini əbədi yumdu, ondan nəğmələr, şeirlər qaldı.

Aşağıda A. Zahidovun "Müəllim" şeirini istəkli oxuculara təqdim edirəm.

Görəndə kitabı sənin əlində,

Doğrusu coşuram özüm müəllim.

Tarixdən, elmdən xalqa deyəndə,

Sanıram səni cüt gözüm müəllim.

Elmin sirlərindən ilham alırsan

Gələcək günlərə yollar salırsan.

Xoş günlərə sən də səbəb olursan,

Səninlə söz deyir sazım müəllim.

Aşıq Atabala müəllimi sevir,

Nurlu sabahlara doğru yol gedir.

Sənin gövhər sözlərinlə fəxr edir,

Adına mən dastan yazım müəllim.

Sizin Reklam Yeriniz