Əlaqə Arxiv
news Image
2012.07.27
17:38
| A A A
Amerikalılar da iş tapa bilmək üçün ölkələrini tərk edir

Movqe.az xəbər verir ki, vaxtilə dünyanın bir çox yerindən çalışmaq üçün qapısı döyülən Amerikada külək əks tərəfdən  əsməyə başlayıb. Belə ki, 2008-ci ildə ölkədə baş verən böhrandan sonra Amerika vətəndaşları başqa ölkələrə iş axtarmaq üçün üz tutumağa başlayıb və bu say getdikcə çoxalmaqdadır. "American Wave" məsləhət şirkəti tərəfindən edilən anketə görə xaricə getmək istəyən 25-34 yaş qrupundakı amerikalıların nisbəti son 2 ildə 5 dəfə artaraq 1 faizdən 5,1 faizə yüksəlib. Şirkətin banisi Bob Adams əldə edilən anket nəticələrini, "Çox təəccüblü və gözlənilməz bir vəziyyətdir. Gənclərin bir çoxu sanki artıq Amerikaya güvənmir ki, başqa ölkələrdə iş axtarmağa gedir" sözlərini qeyd edib.

Sizin Reklam Yeriniz