Əlaqə Arxiv
news Image
2012.07.31
12:15
| A A A
Məşhur yazıçı dünyasını dəyişdi
Movqe.Az BBC-yə istinadən bildirir ki, İrlandiyalı yazıçı Maeve Binçi səhhətində yaşadığı narahatlıq səbəbindən 72 yaşında dünyasını dəyişib.

Dublində doğulan yazıçınn İrlandiyanın kiçik qəsəbələrində keçən həyatlardan bəhs edən qısa əhvalatları və romanları dünya daxilində 37 dilə tərcümə olunub, 40 milyondan çox satılıb.

Bu kitablar arasında ən tanınmışları "Bir arzu tut mənim üçün" (Light a Penny Candle), "Yalnız qadınlar küçəsi" (Tara Road) və 1995-ci ildə tamaşaya qoyulan "Sevgini sabah yaşayacaqsan" (Circle of Friends) adlı kitablardır.

Binçi müəllim olaraq başladığı kariyerasının jurnalist və yazıçı olaraq davam etdirib. İlk romanı "Bir arzu tut mənim üçün"ü 1982-ci ildə 43 yaşında olarkən yazan Binçi, gündüzlər "Irish Times"da jurnalist kimi işləyib, işdən qalan boş vaxtlarında isə bu romanını qələmə alıb. Roman, İngiltərə və ABŞ-da bir milyondan çox satılıb.

Sizin Reklam Yeriniz