Əlaqə Arxiv
news Image
2012.08.02
14:15
| A A A
İsrail müharibə tərəfdarıdır

Movqe.az xəbər verir ki, ABŞ müdafiə naziri Panetta İsrailin raketdən müdafiə sistemi qarşısında, "İran nüvə silahı istehsal etməyə davam etsə ABŞ-ın başqa variantları var və onları tətbiq etməyə hazırdır" deyib. Lakin dərhal müharibə istəyən İsraillə 'bir az daha diplomatiya' deyən ABŞ arasında anlaşılmazlıq baş verib İsrailin İrana müdaxilə ehtimalının getdikcə artması səbəbindən bu ölkəyə gedən ABŞ müdafiə naziri Leon Panettanın Aşkelondaki məşhur mərmi müdafiə etmə sistemi "Dəmir Günbəz" dən İrana döyüş xəbərdarlığı etməsi belə İsrailli səlahiyyətliləri sakitləşdirməyib. Panetta, "Dəmir Günbəz" qarşısında İsrailli həmkarı Ehud Barak ilə yanaşı etdiyi şərhdə, "İran ya nüvə proqramının qəbul edilə biləcək limitlərini müzakirə etməli, ya da silah istehsal edilməsinə maneə törədəcək ABŞ hərbi hərəkatı ilə üzləşməlidir" deyib. "İsrailin özünü müdafiə hüququna və bölgədə mənfəətləri mövzusunda verəcəkləri qərara hörmət edirik" deyən Panetta, danışıqlarda İsraildən sanksiyalara bir az daha vaxt verməsini istəyib. 

Sizin Reklam Yeriniz