Əlaqə Arxiv
news Image
2012.08.08
12:05
| A A A
Bakı Metropoliteni bağlanır
"20 Yanvar-Dərnəgül" istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bakı Metropoliteninin "20 Yanvar - Dərnəgül" sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, buna səbəb həmin istiqamətdə tikinti işlərinin aparılmasıdır. 
Bu müddət ərzində "20 Yanvar - Dərnəgül" və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər.
Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bakı metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Sizin Reklam Yeriniz