Əlaqə Arxiv
news Image
2012.08.13
14:45
| A A A
Bakı metrosunun bağlanmış 5 stansiyası açıldı

Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" xətti üzrə müvəqqəti bağlanmış 5 stansiya yenidən sərnişinlərin istifadəsinə verilib. Metropolitendən Lent.az-a verilən məlumata görə, avqustun 9-u bağlanan "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları bu gün səhər saatlarından etibarən işini normal qaydada davam etdirir.

Verilən məlumata görə, son günlərdə həmin stansiyaların bağlanması ilə əlaqədar son stansiya kimi fəaliyyət göstərən "İnşaatçılar"da sıxlıq yaranıb. Lakin 5 stansiyanın sərnişinlərin metrodan ən az istifadə etdiyi ayda - avqustda bağlanması ciddi problemlərə yol açmayıb. Bu gün yuxarıda qeyd edilən stansiyaların açılmasından isə əksər sərnişinlərin xəbəri olmayıb. Səhər saatlarında həmin stansiyalarda sərnişinlər seyrək olub.
Qeyd edək ki, "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" və "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bənövşəyi xəttin "Memar Əcəmi-2" stansiyası 2013-cü ildə istismara verilməlidir. Bu stansiyanın tikintisi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 gün ərzində 5 stansiyanın işi dayandırılıb. 

Sizin Reklam Yeriniz