Movqe.Az xəbər verir ki, avqustun 16-da Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti ilə birlikdə BMM-də mətbuat konfransı keçirdi.
Xatırladaq ki, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya Counterpart İnternasional təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində "GEDAW Əməldə" adlı layihə həyata keçirir. Layihə ABŞ-ın İnkişaf Agentliyi və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.
Layihənin
təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında çııxış edən
RİQC-in sədri Şəhla İsmayıl bildirdi ki, layihənin əsas məqsədi
Azərbaycanda gender bərabərliyi və qadın hüquqları sahəsində
vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənən BMT-nin Qadınlara
Qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Konvensiyasına (CEDAW) dair ictimai maarifləndirmə kampaniyasının
keçirilməsidir. 2013-cü ilin ortasına qədər davam edəcək İctimai
maarifləndirmə kampaniyasına sosial çarxların çəkilişi,
jurnalistlər və qadın QHT-ləri üçün təlimlərin keçirilməsi, TV
proqramlarının hazırlanması, media müsabiqələrinin təşkili və digər
təşəbbüslər daxildir.
O da vurğulandı
ki, bu tədbirlərin fəal iştirakçısı olan bir nəfəri Hyu-Yorka səfər
gözləyir. Ş. İsmayıl bildirdi ki, layihənin əsas hədəf qruplarından
biri olan KİV nümayəndələri ilə xüsusi fəaliyyətlər nəzərdə tutulub
ki, bunlar layihənin digər komponentləri ilə bərabər KİV və qadın
təşkilatları arasında ünsiyyət və əməkdaşlığı artıraraq, BMT-nin
mühüm CEDAW sənədindən daha səmərəli istifadə etməyə imkan
yaradacaq. Layihənin KİV-lə bağlı fəaliyyəti üç hissədən ibarət
olduğunu deyən cəmiyyətin sədri qeyd etdi ki, burada ilk olaraq
gender mövzusu ilə məşğul olan jurnalistlərin məlumat bazasının
yaradılması yer alır. Bundan başqa "Gender və Media" adlı təlim
kursunun təşkili nəzərdə tutulub. Nəhayət, KİV-də maarifləndirmə
kampaniyasının aparılması nəzərdə tutulub. O da qeyd edildi ki,
məlumat bazası artıq hazırlanıb və tezliklə istifadəyə veriləcək.
Cəmiyyət sədrinin sözlərinə görə, layihənin önəmli mərhələlərindən
biri olan jurnalistlər üçün üç günlük təlimdə iştirak layihənin
digər fəaliyyətlərdə iştirak etmək üçün əsas şərtlərdən biridir.
Jurnalistika, Gender və CEDAW haqqında ətraflı məlumatı əhatə
edəcək təlim kursu 22-25 avqust tarixində İsmayıllı rayonunda
yerləşən "Green House" istirahət kompleksində təşkil olunacaq. Bu
müddət ərzində təlimçilər CEDAW, gender, informasiya əldə etməyin
yolları, new-media, jurnalist etikası və digər mövzularla təlim
kursunu əhatə edəcəklər.