Əlaqə Arxiv
news Image
2012.08.27
18:39
| A A A
Azərbaycan 172 nəfəri “İnterpol” xətti ilə axtarışa verib
Onlardan 160-ı cinayət törətməkdə təqsirli bilinir. Azərbaycanın "İnterpol" vasitəsilə axtarışa verdiyi şəxslərin sayı məlum olub. APA-nın məlumatına görə, hazırda beynəlxalq polis təşkilatının iki xətti ilə Azərbaycan tərəfindən axtarışa verilən şəxslərin ümumi sayı 172-dir. Bunlardan 160 nəfər qırmızı xətlə (cinayət törətmişlər), 12 nəfər isə sarı xətlə (itkin düşmüşlər) axtarışdadır. Sarı xətlə axtarışa verilənlərin hamısı Azərbaycan vətəndaşıdır. 
Qırmızı xətlə axtarışa verilənlər arasında Azərbaycanla yanaşı, İran, Rusiya Federasiyası, Gürcüstan, Böyük Britaniya, Türkiyə, Nigeriyanın (ümumilikdə 6 dövlət) vətəndaşı var.
 
Sizin Reklam Yeriniz