Saakaşviliyə “Tı kto takoy, davay, do svidaniya” dedilər...- FOTO - VİDEO
Azərbaycanlı meyxanaçılar, Ehtiram və İntiqam Rüstəmovların ifa etdikləri "Tı kto takoy, davay, do svidaniya" meyxanası, deyəsən, siyasi çalarlar almaqda davam edəcək. İndi də Gürcüstan müxalifəti bu meyxananın sözlərinə klip çəkdirərək, prezident Mixail Saakaşviliyə ünvanlayıb.
Lent.az Gürcüstan
KİV-ə istinadən verdiyi məlumata görə, klipdə ənənəvi gürcü
təamları ilə stol arxasında oturanlar "Tı kto takoy, davay do
svidaniya" deyərək, Mixail Saakaşvilini istefaya
çağırıblar.
Başqa məlumata görə, klipin sifarişçisi "Gürcüstan arzusu" siyasi
blokunun lideri Bedizna İvanaşvilidir. Klipin oktyabrın 1-dək,
Gürcüstanda parlament seçkiləri keçiriləcək günədək telekanallarda
yayınlanacağı da gözlənilir. Amma reklam şərtləri ilə…