Qazaxıstanın Azərbaycandakı səfiri mətbuat konfransı keçirib
Qazaxıstanın Azərbaycandakı səfiri
Serik Primbetov iki ölkə arasında diplomatik münasibətlərin 20
illiyinə, ölkəsində avqustun 30-da qeyd edilən Konstitusiya Gününə
və nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət gününə həsr olunmuş
mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, S. Primbetov
Azərbaycan və Qazaxıstanın regional və beynəlxalq xarakterli
məsələlərlə bağlı mövqeyinin yaxınlığından bəhs edərək iki ölkənin
sosial-iqtisadi, enerji, maliyyə və xarici siyasət sahələrində
MDB-də lider ölkələr olduğunu söyləyib: "Ölkələrimiz tərəfdaşlığın
və qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafı üçün
yaxşı potensiala malikdir. Qarşımızda daha geniş əməkdaşlıq
üfüqləri açılır".
Səfir bu gün Qazaxıstanın təşəbbüsü və BMT-nin qərarı ilə təsis olunmuş nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət günü olduğunu diqqətə çatdırıb. Hazırda Astanda bu münasibətlə "Nüvə sınaqlarının qadağan olunmasından nüvə silahından azad olmuş dünyaya" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində Qazaxıstanın nüvə silahı ilə bağlı təşəbbüsünə dəstək olaraq beynəlxalq "ATOM" layihəsinə start verilib və layihənin saytı (www.theatomproject.org) yaradılıb. S. Primbetov hər kəsdən bu layihəyə dəstək olmalarını xahiş edib.