Əlaqə Arxiv
news Image
2012.08.31
08:11
| A A A
İctimai Palatanın vahid namizədi olmayacaq
Siyavuş Novruzov: “Mən demişdim ki, Əli Kərimli ilə İsa Qəmbər arasında birlik olmayacaq”

"Mən həmişə demişəm ki, Əli Kərimovla İsa Qəmbərin bir yerdə olması, daimi müttəfiqliyi mümkün deyil. KİV-ə müsahibələrimdə də demişdim ki, bunların arasında birlik olmayacaq. Çünki bunlar üzdə bir-birinə guya mehriban olduqlarını göstərirlər, amma daxildə hər iki partiya arasında çox ciddi problemlər var".

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, parlament seçkilərində vahid siyahı hazırlamaqda çətinlik çəkən iki partiyanın prezident seçkilərində vahid namizədlə çıxış etməsi mümkünsüzdür: "Onlar parlament seçkiləri zamanı ümumi siyahını müəyyənləşdirərkən aralarında nə qədər gərginlik var idi və bunu hamı görürdü, bilirdi. Bu səbəbdən də onlar heç vaxt biri digərinin namizədliyinə razı olmayacaq. Hətta vaxtilə prezident seçkilərində Əli Kərimov İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəklədi. 2000-ci ildə, proporsional seçki sistemi mövcud olan dövrdə vahid siyahı tərtib etmək gündəmə gələndə də bir-birlərinə qarşı pozuculuq fəaliyyəti göstərdilər, müttəfiqlik alınmadı. İndi də beş-on adamın yığışdığı İctimai Palata dedikləri qurumun vahid namizəd olmayacaq. Guya bu qurum kiminsə, hansısa ziyalı adlandırılan şəxsin, yaxud İsa Qəmbərin namizədliyini dəstəkləyəcək, bu da qətiyyən olmayacaq".

Sizin Reklam Yeriniz