Əlaqə Arxiv
news Image
2012.04.13
22:46
| A A A
“ABS” əyləc sistemi olmayan avtomobillər idxal olunmayacaq
“Rusiya hökumətinə məlumat verildikdən sonra gömrük orqanları bu qərarın tətbiqinə başlayacaq”

Azərbaycan yeni avtomobil standartlarının tətbiqi ilə bağlı Rusiya hökumətinə məlumat verəcək. Bu barədə Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib. Komitə sədri bildirib ki, mayın 1-dənAzərbaycanda ABS əyləc sistemi təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının istehsalının qadağan olunmasına dair qərarın tətbiqi ilə bağlı yaxın günlərdə Rusiya hökumətinə məlumat veriləcək.

"Rusiya hökumətinə məlumat verildikdən sonra gömrük orqanları bu qərarın tətbiqinə başlayacaq. Bu, normal bir prosesdir. Bu haqda qərar varsa, mayın 1-dəngömrük xidməti bunu tətbiq edəcək". Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin (SMPDK) fevral ayında verdiyi qərara əsasən, bu il mayın 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində "ABS" əyləc sistemi ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına istehsalına icazə verilməyəcək. SMPDK-nıntəsdiq etdiyi "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə görə, may ayının 1-dən Azərbaycana idxal olunan ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) "ABS" əyləc sistemi ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına istehsalına icazə verilməyəcək. Belə avtomobillər daha çox Rusiyadan idxal olunduğu üçün bu barədə Rusiya hökumətinə məlumat veriləcəkAydın Əliyev bildirib ki, bu ilin I rübündə Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə ödənilən vəsaitlərin həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 mln. manat artıb.

Onun sözlərinə görə, adətən, I rübdə vəsaitlərin toplanması bir az çətinlik yaradır: "Lakin bu il verilən proqnoz özünü doğrultdu rüblük proqnoz 100% yerinə yetirilib. Düşünürəm ki, ticarət əməliyyatlarında idxal-ixrac əməliyyatlarından asılı olaraq bu ilin I rübünün nəticələri cari il üzrə verilən proqnozu tam yerinə yetirməyə şərait yaradacaq". 

Sizin Reklam Yeriniz