Əlaqə Arxiv
news Image
2012.09.03
17:41
| A A A
Misirdə illər sonra ilk hicablı aparıcı

Movqe.Az xəbər verir ki, Misir dövlət televiziyasında dünən xəbərləri təqdim edən qadın spikerin hicab taxması ölkədə müzakirəyə səbəb olub.

Mübarək rejimində hicablı qadınların televiziyada aparıcılıq etməsi qadağan idi. Köhnə rəhbərliyin yerinə İslamçı Müsəlman Qardaşların qurduğu partiyanın keçməsinin dini dəyərlər baxımından ilk konkret sanksiyaları da beləcə görülməyə başladı.

"Channel 1"də günorta xəbərlərini təqdim edən Fatma Nebilin, tünd rəngli pencəyinin üstünə, saçını və boyunu örtən krem rəngi bir örtüklə ekrana çıxmasından sonra ölkədəki dünyəvilik tərəfdarları hiddətlənib.

İndiyə qədər, dövlət televiziya və radio kanallarında hicablı qadınlar kamera arxasında çalışırdı.

Misirdə Müsəlman qadınların çoxu başlarını örtür. Ölkə küçələrində, başla birlikdə üzü də örtmə modasının get-gedə artdığı müşahidə edilir.

Sizin Reklam Yeriniz