Bakının əsas prospektlərindən biri bağlanılıb
Bakının ən böyük və əhəmiyyətli yollarından olan və Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, məhdudiyyət prospekt boyunca yeni yol qovşaqlarının tikintisi ilə əlaqədar tətbiq olunur.
Məlumata görə, Ziya Bünyadov prospektinə
3-cü mikrorayon dairəsi istiqamətindən və Alı Mustafayev
küçələrindən hərəkət tamamilə məhdudlaşdırılıb. Bundan başqa,
prospektin bəzi hissələrində avtomobillərin əsas hərəkət zolaqları
bağlıdır və sürücülər köməkçi, yəni kənar yollardan istifadə edə
bilərlər.
Qeyd edək ki, Ziya Bünyadov prospektində yenidənqurma işləri artıq
iki ildir ki, həyata keçirilir. İşlərin 2013-cü ildə
yekunlaşdırılacağı gözlənilir.