Əlaqə Arxiv
news Image
2012.09.03
20:44
| A A A
Dövlət Neft Fondundan Macarıstanla bağlı açıqlama

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Macarıstanda maliyyə alətinə investisiya etməyi nəzərdə tutulmur. Bu barədə "APA-Economis"ə ARDNF-dan bildirilib.

"ARDNF Macarıstan qiymətli kağızlarını alması ilə bağlı dərc edilən məlumatla əlaqədar bildirir ki, Fond Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə alətinə investisiya etməyi nəzərdə tutmur. ARDNF bu cür yanlış informasiyalar dərc edilməzdən əvvəl məlumatların Neft Fondu ilə dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir", - deyə Fonddan bildirilib.

Sizin Reklam Yeriniz