Əlaqə Arxiv
news Image
2012.09.26
13:51
| A A A
Mədəniyyət və Turizm Nazirliyinin idarəsi 162 manata hərraca çıxarıldı
Şirvanlı kənd kinoteatrı da satılır

Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 23-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərraca çıxarılan arasında Mədəniyyət və Turizm Nazirliyinin müəssisələri də var.

Mədəniyyət və Turizm Nazirliyinin Bərdə şəhəri, Heydər Əliyev prospekti, 5 (keçmiş Nizami küçəsi, 5) ünvanında yerləşən 3 nömrəli Bərdə Elmi-Bərpa İstehsalat İdarəsinin start satış qiyməti 162 manat, ilkin satış qiyməti 138 manatdır.

Mədəniyyət və Turizm Nazirliyinin Bərdə rayonu, Şirvanlı kəndində yerləşən Şirvanlı kənd kinoteatrının isə start satış qiyməti 1414 manat, ilkin satış qiyməti 1202 manatdır.

Sizin Reklam Yeriniz