Əlaqə Arxiv
news Image
2012.09.28
12:30
| A A A
"1 saata respublikanın elektrik təhcizatı tam bərpa ediləcək"

Rayon mərkəzlərinin elektrik təhcizatı isə hissə-hissə bərpa edilməkdədir. "Yaxın 1 saat ərzində bütün respublika ərazisində elektrik təhcizatı bərpa ediləcək". Bu barədə ANS PRESS-ə "Azərenerji"dən məlumat verilib. Məlumata görə, hazırda Bakıya elektrik enerjisinin verilməsi tam bərpa edilib, rayon mərkəzlərinin elektrik təhcizatı isə hissə-hissə bərpa edilməkdədir. 

Xatırladaq ki, bu gün səhər saat 06.40 radələrində paytaxt Bakı da daxil olmaqla respublikanın bir sıra rayon və şəhərləri işıqsız qalıb. Buna səbəb Azərbaycanda böyük elektrik stansiyasının ildırım vurması olub. İldırım vurması nəticəsində İES-in bir neçə bloku sıradan çıxıb.

Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz