Suriyada bir ildən çox müddətdir davam edən zorakılığı sona çatdırmağa yönələn atəşkəsin qüvvəyə minməsinin ardınca ölkədən qarşıdurma xəbərləri gəlməyə davam edir.
Suriya dövlət televiziyasını, Hələb şəhərində yol kənarındakı bir bombanın partladıldığını xəbər verib. Məlumata görə 1 əsgər həyatını itirib, 24 əsgər yaralanıb. Dövlət kanalı müxaliflərin Annan sülh planını baykot etmək istədiklərini bildirib.
Suriya İnqilabi Şurası da, bəzi şəhərlərdə tankların hələ şəhər mərkəzlərində olduğunu və əməliyyatların davam etdirildiyini açıqlayıb. Müxaliflər hərbi güclərinin Humus və Hələb şəhərlərində atəşkəsi pozduğunu iddia edib.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Şam rəhbərliyinin 6 maddəlik plana tam olaraq uyğun gəlmədiyini, atəşkəsin kövrək olduğunu söyləmişdi.
Tural QABİLOĞLU