Əlaqə Arxiv
news Image
2012.10.02
20:50
| A A A
Çin gəmiləri Yapon dənizi sərhədlərində
Movqe.az xəbər verir ki, Şərqi Çin dənizindəki adalarla əlaqədar gərginliyin davam etdiyi bir dövrdə Çin müşahidə gəmiləri Yapon dənizi sərhədlərinə daxil olub. Yaponiya Sahil Təhlükəsizlik üzrə hazırlıq şöbəsi, Senkaku sıra adaları arasında yer alan Uotsurijima yaxınlığında Çinə aid 4 gəmi təsbit etdiklərini açıqlayıb. Sahil Təhlükəsizlik şöbəsi gəmilərin bölgəni dərhal tərk etmələri üçün xəbərdarlıq edib.Yaponiya xarici işlər naziri Koiçiro Gemba təhlükəsizlik pozuntusu səbəbiylə Çinə etiraz edib. 

Xatırladaq ki,Yaponiyanın cənubundakı Okinava adalarının cənub-qərbində, Tayvanın şimalında və Çinin şərqində yerləşən adalar, strateji dəniz yollarının üzərində yerləşir.Həmçinin balıqçılıq və təbii qaynaqlar baxımından zəngin bölgədə qərarlaşıb.                                                       

Sizin Reklam Yeriniz