Əlaqə Arxiv
news Image
2012.10.04
14:00
| A A A
Bakıda sular kəsiləcək
Movqe.az xəbər verir ki, bu gün saat 23:00-dan Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətinə dayandırılacaq.

Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Buna səbəb Kür-Bakı magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 5-6 oktyabr tarixlərində Hacıqabul və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və "20-ci sahə" yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
 
Sizin Reklam Yeriniz