“Azərbaycan Ermənistanı müharibə ilə təhdid edir”
Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın torpaqlarını azad etmək üçün müharibəyə başlayacağından ehtiyat edir.
Lent.az-ın verdiyi məlumata görə, Serj Sərkisyan "Röyters" agentliyinə müsahibəsində iddia edib ki, Azərbaycan böyük həcmdə silah-sursat alıb və Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların yenidən başlanmasına hazırlaşır.
O, atəşkəs sazişinin imzalanmasından 18 il sonra Azərbaycan Ermənistanı müharibə ilə təhdid etdiyini söyləyib.