Əlaqə Arxiv
news Image
2012.10.08
17:15
| A A A
Çində 8 gündə 68 min 422 yol qəzası baş verib

Movqe.az xəbər verir ki, Çində 8 günlük rəsmi tətildə ölkə daxilində meydana gələn 68 min 422 yol qəzasında 794 nəfər dünyasını dəyişib.Çin mediasında verilən xəbərdə, Zhongqiujie (Payız Bayramı) və Guoqing (Milli Bayram) bayramları səbəbiylə verilən 8 günlük tətildə, ölkə daxilində 68 min 422 yol qəzası baş verib.Yol qəzalarında 794 nəfər ölüb, 2 min 473 nəfər isə yaralanıb. Bu ilki tətil müddətində baş verən qəza sayının keçən ilə nisbətən  24.1 faiz azaldığı vurğulanıb. Qəzaların 13 milyon 250 min yuan (2.1 milyon dollar) maddi itkiyə gətirib çıxardığı qeyd edilib.

Sizin Reklam Yeriniz