Oxumaq haram, vurmaq halaldır
Movqe.Az bildirir ki, Pakistanda qız
uşaqlarının oxuması üçün 3 il əvvəl açdığı bloqda yazılar yazan,
BMT-nin dəstəyini alan və keçən il Beynəlxalq Uşaq Barış Mükafatına
namizəd göstərilən 14 yaşlı Malala Yusufzai məktəbdən çıxıarkən
vurulub. Polislər, dünən Minqora şəhərindəki məktəbə saqqallı bir
adamın gəlib Yusufzaini soruşduğunu, sonra isə məktəb avtobusundan
Yusufzaini düşürdərək ona atəş açdığını açıqlayıb. Başından və
boynundan vurularaq yaralanan Yusufzai vertolyotla Peşaverdəki bir
xəstəxanada müalicə altına alınıb. Vəziyyətinin stabil olduğu
açıqlanıb. Lakin hadisə zamanı vurulan bir başqa qız uşağının
vəziyyətinin ciddi olduğu bildirilib. Taliban spikeri Ahsanullah
Ahsansa hücumu boynuna götürdüklərini bildirib. Yusufzainin
səylərini "ədəbsiz" olaraq xarakterizə edən spiker, bu vəziyyətə
son qoymaq üçün hücumu təşkil etdiklərini söyləyib. Hələ 11
yaşındaykən BBC Urduca xidmətində başqa bir ləqəblə bloq yazmağa
başlayan və qız uşaqlarının oxudulması üçün kömək istəyən
Yusufzainin çağırışıyla keçən il Svat vadisində UNICEF-in dəstəyi
ilə bir uşaq məclisi təşkil edilib. Bu məclisə başçılıq edən
Yusufzai, BMT-nin rəsmi internet saytında nəşr olunan məqaləsində,
"qız uşaqlarının təhsilinə dəstək olaraq, çox əhəmiyyətli bir
mövzuya qatıldığını" vurğuıayıb.