Əlaqə Arxiv
news Image
2012.10.11
15:46
| A A A
"Çətin dövrü yaşayırıq"
"Ərzaq qiymətləri yüksəkdir, dünya çətin dövrünü yaşayır"

Movqe.Az bildirir ki, Dünya Bankının Prezidenti Cim Yong Kim, qida qiymətlərinin yüksək və qeyri-sabit olduğunu, dünyanın çətin dövrdən keçdiyini söyləyib. Yaponiyanın paytaxtı Tokioda təşkil edilən Beynəlxalq Valyuta Fondu (BVF) ilə Dünya Bankı yığıncaqları əsnasında mətbuat konfransı təşkil edən Yong Kim, "Çətin zamanlardan keçirik. Qida qiymətləri yüksək və qeyri-sabitdir. Yüksək gəlir sahibi ölkələrdəki inkişaf zəifdir. İnkişaf etməkdə olan ölkələr isə bu vəziyyətlə barışa bilmir."sözlərini söyləyib.Bu vəziyyətdən hər kəsin təsirləndiyini ifadə edən Dünya Bankı Prezidenti bildirib ki, "Xüsusilə də bu vəziyyət kasıblara çox təsir edir. Dünya Bankı olaraq vəzifəmiz Afrika, Latın Amerika və Asiyadakı inkişaf etməkdə olan ölkələrin son 5 ildəki çətinliklərini aradan qaldırmaq və bu mühitdən təsirlənməməsini təmin etməkdir."

Sizin Reklam Yeriniz