Əlaqə Arxiv
news Image
2012.10.11
15:39
| A A A
Almaniya yeni qanun qəbul etməyə hazırlaşır

Movqe.az xəbər verir ki, Alman kabineti ölkədə iyun ayından bu yana müzakirələrə səbəb olan Yəhudi və Müsəlman ailələrinin  uşaqlarının sünnət edilməsi ilə əlaqədar yeni bir qanunu təsdiq etməyə hazırlaşır. Hələ də parlament tərəfindən  təsdiqlənməsi gözlənilən qanun layihəsi sünnət əməliyyatlarının həkimlər tərəfindən tibbi qaydalara uyğun şəkildə müəyyən mərkəzlərdə edilməsini nəzərdə tutur. Tənzimləmə uşaqların "ən ağrısız" şəkildə sünnət edilməsini nəzərdə tutur, ailələrin əməliyyat haqqında tam olaraq məlumatlandırılmasını zəruri edir.Xatırladaq ki, iyun ayında Köln Əyalət Məhkəməsinin sünnəti "adam yaralama" cinayəti çərçivəsinə aid etməsindən sonra ölkə daxilində sünnət müzakirələri başlamış, Müsəlman və Yəhudi cəmiyyətləri böyük reaksiya vermişdi.


Sizin Reklam Yeriniz