Əlaqə Arxiv
news Image
2012.10.15
19:00
| A A A
2013-cü ilə xəbərdarlıq
Movqe.Az bildirir ki, Birləşmiş Millətlər Təşkilatı 2013-ci ildə qida böhranı yaşana biləcəyi mövzusunda xəbərdarlıq edib. Birləşmiş Millətlər Qida və Əkinçilik Təşkilatı FAO, dünya taxıl ehtiyatlarının təhlükəli dərəcədə aşağı olduğunu bildirib. İstilik və quraqlıq, Amerika Birləşmiş Ştatları və Ukrayna kimi qida ixrac edən ölkələrdə məhsula mənfi təsir göstərib. Birləşmiş Millətlər Təşkilatının, dünyada 870 milyon adamın pis bəsləndiyini, Yaxın Şərq və Afrikada qida böhranının gedərək böyüdüyünü bildirib. Qida istehlakı artan zaman istehsal artmır, ehtiyatlar isə azalır. Dəyişən iqlim şərtləri də digər mənfi bir təsirdir. Dünya qida bolluğundan qıtlıq mərhələsinə girməkdədir. Ətraf təşkilatlar, təcili tədbir alınmasa qlobal qida təmin sisteminin hər an çökə biləcəyini, milyonlarla insanın ac qala biləcəyini söyləyiblər. Bu vəziyyətin nümayişlərə səbəb ola biləcəyi xəbərdarlığı verilir.
Sizin Reklam Yeriniz