Əlaqə Arxiv
news Image
2012.10.16
17:15
| A A A
Çin gəmiləri Yaponiya adalarına daxil olub
Movqe.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi Yonaquni adasının cənub-şərqinin 49 kilometr yaxınlığında, yerli saatla 09.00 da Çinə aid 7 hərbi gəminin Yapon təyyarələri tərəfindən təsbit edildiyini açıqlayıb. Nazirlik səlahiyyətlisi, Sakit okeandan rəliləyən gəmilərin Cənubi Çin dənizinə doğru getdiyini bildirib. Xatırladaq ki, Cənubi Çin dənizində Çinin "Diaoyü" və Yaponiyanın "Senkaku" adını verdiyi  adalarda hakimiyyətin kimə aid olduğu mövzusunda iki ölkə arasında son aylarda gərginlik yaşanmışdı. Çin və Yaponiya arasında illərdir gündəmdə olan və iki ölkə əlaqələrində əhəmiyyətli bir gərginliyə səbəbolaraq görülən ixtilaflı adalar məsələsi, 2010-ci ilin sentyabr ayında bir Çin balıqçı gəmisinin Yapon sahil təhlükəsizlik gəmisiylə gərginlik yaşaması və Çinli kapitanın həbs olunmasıyla yenidən dünya gündəminə gəlmişdi.


Sizin Reklam Yeriniz