46,5 milyon dollarlıq humanitar yardım aldı
Movqe.Az bildirir ki, Tacikistan ilin
ilk 9 ayında dünyanın 38 ölkəsindən 46,5 milyon dollarlıq humanitar
yardım alıb. Tacikistan Dövlət Statistika Təşkilatından verilən
məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə dünyanın 38
ölkəsindən un, bitki yağları, dərman, tibbi vəsait, geyim, yorğan,
kompüter və digər bəzi əşyaları ehtiva edən 46,5 milyon dollar
dəyərində humanitar yardım edilib. Tacikistana humanitar yardım
göndərən ölkələr arasında 41,9 faizini tutan ABŞ ilk sırada yer
alıb. Sonrakı sıralarda isə Rusiya, Hollandiya, Çin və Misir
yerləşib.